Daş Salahlı əhəngdaşı yatağı Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı
k
əndindən 2,0 km. şimal-qərbdə yerləşir. Yataq əvvəllər S.
Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu
t
ərəfindən öyrənilmişdir. 1967-1968-ci illərdə yataqda yenidən
k
əşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş
Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını
aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng
daşları bütün növ sement istehsalına yararlı olduğu
mü
əyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər
v
ə kateqoriyalar üzrə 7,4 mln. m
3
. t
əşkil edir. Daş Salahlı
əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt
yaşlı əhəngdaşlarından ibarətdir. Əhəngdaşları həm də divar daşı
üçün yararlıdır.
Qazax rayonu
ərazisində Daş Salahlı əhəngdaşı yatağından
başqa bir sıra əhəngdaşları yatağı, o cümlədən – Molladağ, Avey,
D
əlikdaş, Gamışqala və s. məlumdur və bunlar üzərində divar
daşı karxanaları fəaliyyət göstərir.