Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
73
Göygöl qızıl təzahürləri qrupu
Xanlar rayonunun c
ənub-qərbində Gəncəçay və Kürəkçay
arasında suayrıcı təşkil edən dağ silsiləsində yerləşir. Sahədə
müxt
əlif dərəcəli qızıl saxlayan kvars-sulfid damarları, damar tipli
hidrotermal d
əyişmə zonaları və böyük qalınlığa malik törəmə
kvarsitl
ər zonaları geniş inkişaf etmişdir.
Qeyd olunan qızıl təzahürləri qrupu Göygöl qalxımının qərb
hiss
əsində, üst yura yaşlı Zurnabad qranodiorit intruziyasının şərq
v
ə cənub-şərq təmasları sahəsində yayılmışdır və Çiragidzor–
Toğanalı kükürd-kolçedanı filizlərinin inkişaf sahəsini qərbdən və
şimal-qərbdən əhatə edir. Təsvir olunan qızıl təzahürləri qrupu
əsasən andezit, andezit-dasit tərkibli effuzivlərin və onların
müxt
əlif qırıntılı tuflarından təşkil olunmuş Bat, Kimeric yaşlı
süxurların, qismən də Üst Bayosun liparit, liparit-dasit tərkibli
vulkanitl
ərin içərisində yerləşmişdir. Qeyd olunan vulkanitlər
Zurnabad intruziyasının sateliti olan diorit-porfirit ştokları
intruzivl
ərlə yayılmışdır.
Intruziv v
ə subvulkanik kütlələr ətraf süxurlara aktiv təsir
göst
ərərək onlarda metasomatik dəyişiklərə səbəb olmuşdur.
Hidrotermal m
əhlullar yan süxurlarda olan çat sistemləri, əzilmə
zonaları və ayrı-ayrı qırılma xətləri boyu hərəkət edərək bir-biri
il
ə müxtəlif bucaq altında birləşən müxtəlif qalınlıqlı zonalar və
damarlar sistemi
əmələ gətirmişdir. Bu zona və damarların
əksəriyyəti müxtəlif miqdarda qızıl, gümüş, bəzən isə molibden
minerallaşması daşıyır. Əsas zonalar şimal, şimal-şərq istiqamətli
olub, çox dik yatıma (70-90
0
) malikdirl
ər. Zonalarda qeyd
olunanlardan
əlavə zəif pirit və xalkopirit minerallaşması da qeyd
olunur.
Şimal-şərq istiqamətli zonaların bəzilərində tam ağ, bəzən
şəffaf kvarsdan ibarət damarlar rast gəlir ki, aparılmış tədqiqatlara
gör
ə onlardan büllur istehsalında istifadə etmək olar.
50 kv. km-
ə qədər sahəni əhatə edən Göygöl qızıl təzahürləri
qrupunda 60-
dan çox qızıl saxlayan damar və damar tipli zonalar
qeyd olunmuşdur ki, onlar əsasən 4 filizli sahədə yerləşir: Pant,
|