Danayeri polimetal t
əzahürü
Danayeri polimetal t
əzahürü Çovdar kəndindən 1 km. şərqdə,
Qoşqarçayın orta axını hövzəsində yerləşir. Tektonik cəhətdən
Danayeri t
əzahürü Çovdar antiklinalının tağ hissəsini əhatə edir.
T
əzahür sahəsində üst bayos yaşlı riodasit tərkibli tuflar,
tufalevrolitl
ər, aqlomerat brekçiyaları, tufqumdaşları iştirak edir.
T
əzahür sahəsində Şimal-şərq istiqamətində uzanan və qalınlığı
25-60 m.
arasında dəyişən intensiv dəyişmiş, limonitləşmiş,
kvarslaşmış, brekçiyalaşmış süxurlar zonası qeyd olunur. Zona
qalenit, sfalerit, xalkopirit möht
əviləri ilə müşayiət olunur.
Zonadan götürülmüş ayrı-ayrı sınaqlarda misin miqdarı 1 %-dək,
sinkin miqdarı isə – 0,3 %-ə qədər olmuşdur. 1№-li şurfdan
götürülmüş sınaqda sink – 3,04 %, 8№-li şurfda isə qurğuşun –
5,4 % t
əşkil etmişdir. Təzahür sahəsində qazılmış 204 №-li
quyudan götürülmüş sınaqlarda mis - 0,64 %-ə qədər, sink–0,14 –
12,47%, qurğuşun 0,16 – 2,06 % təyin olunmuşdur.
1973-1974-cü ill
ərdə Danayeri geoloji axtarış dəstəsi həmin
sah
ədə 11 quyu qazmışdır. Quyularda Cu -0,10 – 0,38 %, Zn-
0,5% Pb-0,01-0,05%-d
ən artıq olmamışdır.
Elnur
Dostları ilə paylaş: |