Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə20/163
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#107271
1   ...   16   17   18   19   20   21   22   23   ...   163
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
18 
Bunların  sırasında  E.  S.  Fedorovun (1902), N.  S.  Uspenskinin 
(1910),  P.  N.  Çervinskinin (1914), K.  N.  Paffenholsun (1922-
1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə
Kiçik  Qafqazda  apardıqları  tədqiqatlar nəzərə  çarpır.  Filiz 
yataqlarının  tədqiqatında  böyük  irəliləmə  əsrin 30-cu illərində 
Az
ərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki, 
geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, 
A.  N. 
Solovkin,  İ.  A.  Şirvanzadə, N.  M.  Səlimxanov, M.  A. 
Mustafab
əyli, H.  İ.  Kərimov,  İ.  N.  Sitkovski və  b.  apardıqları 
t
ədqiqatlar nəticəsində  Respublikamızda  əlvan, qara metal 
yataqları,  mineral  su  mənbələri və  b.  aşkar  olunur.  Qafqaz 
əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi 
v
ə  zənginliyinə  görə  ən dövlətli ölkələrdən biridir.  Bunlardan 
Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar 
barit v
ə  b.  yataqları  göstərmək olar.  Respublikamız  qeyri-filiz 
yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz, 
dolomit, fosforit v
ə s. yataqları qeyd etmək olar.  
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, Qazax-
Tovuz  vulkan  külü,  pemza,  Yuxarı  Ağcakənd gips, Kəlbəcər 
Şaxtaqı  travertin,  Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian 
yataqları və bir çoxları qeyd olunmalıdır.  
 Az
ərbaycan eyni zamanda müalicəvi  mineral su  mənbəyidir. 
Respublikanın  Kiçik Qafqaz hissəsində  İstisu,  Turşsu,  Şirlan, 
Qızılca,  Naxçıvanda  Badamlı,  Sirab,  Vayxır  və  b.  mənbələri 
göst
ərmək olar.  Respublikanın  cənub  rayonlarında,  Masallı, 
L
ənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su 
m
ənbələrindən məişətdə geniş istifadə olunur.  
Az
ərbaycan  ərazisinin cox hissəsi tektono-maqmatik  inkişafın 
alp tsiklinin maqmatik kompleksl
əri və çökmə süxurları ilə təmsil 
olunmuşdur  və  alp  qırışıqlıq  sisteminin  Aralıq  dənizi vilayətinə 
daxildir. 
Baykal  tsiklinin  kristallik  şistlərdən, fillitlərdən, 
m
ərmərlərdən və  digər metomorfik süxurlardan, həmçinin 
qranitoidl
ərdən ibarət olan, kristallik fundamenti təşkil  edən  ən 
q
ədim  yaşlı  süxurları  Kiçik  Qafqazın  müxtəlif  strukturlarında 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin