Filiz faydalı qazıntılar: Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis,
qurğuşun, sink kobalt, molibden filizləri və s. ) Respublikanın
əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. D əmir filizləri (maqnetit, hematit) Az
ərbaycan
Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik,
skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik
v
ə çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi
Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu
yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen,
piroklaastik v
ə çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur.
Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv
il
ə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır.
Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln.
tondur.