Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
74 Tülallar, Sarıçuxur, Ağsu. Qeyd edilən bu filizli sahələr əsasən
dik yatımlı, şimal-şərq istiqamətli əzilmə zonaları boyu inkişaf
etmiş hidrotermal zonalar sistemindən ibarətdir.
Qeyd etm
ək lazımdır ki, Göygöl qızıl təzahürləri qrupunun
kvars-
sulfid damar tipli zonalarının həm uzanması, həm
qalınlıqları və həm də düşümləri üzrə qızıl filizləri qeyri-bərabər
yayılmışdır. Qızılın miqdarı “izi” ndən 5,0 q/t.-a qədər dəyişir,
ancaq 1,0 q/t.
miqdarı sınaqlar üstünlük təşkil edirlər. Yalnız bir
zona üzr
ə qızılın miqdarı 1,0 q/t.-dan çoxdur. Aşağıda qrup
daxilind
ə ayrı-ayrı sahələrin qısa təsviri verilir.