Pasiyentin vəRƏQƏSİ


Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin



Yüklə 52 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü52 Kb.
#109838
1   2   3   4   5
Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin:

  • Müalicə zamanı 3 gün ərzində yaxşılaşma olmadıqda;

  • Yüksək temperatur, qusma zamanı;

  • Nəcisdə qan və ya selik olduqda;

  • İntensiv susuzluq və ya dilin quruması hissi olduqda. Konkret olaraq, bu əlamətlər dehidratasiyanı, yəni ishal nəticəsində əhəmiyyətli maye itkisini göstərir. Oral və ya vena-daxilinə qəbul ediləcək təkrar hidratasiyanın təyin edilməli olub-olmadığını həkiminiz müəyyən edəcəkdir.


Ehtiyat tədbirləri

Həkiminiz tərəfindən Sizə təyin edilən oral təkrar hidratasiya məhlulunun istifadə qaydasına və həll olma metoduna həmişə riayət edin və pəhrizinizlə əlaqədar onun məsləhətlərini yerinə yetirin.


Bu müalicə aşağıdakılarla bağlı pəhriz tədbirlərinə əlavədir:

İshal nəticəsində yaranan maye itkisini bərpa etmək üçün böyük miqdarda duzlu və ya şirin içkilərlə təkrar hidratasiya (böyüklərdə orta gündəlik su qəbulu 2 litrdir).

İshal zamanı ərzaq qəbulu:


  • Müəyyən qida məhsullarının, xüsusilə də meyvə, tərəvəz, ədviyyatlı yeməklər, dondurulmuş qidalar və içkilər kimi çiy qida məhsullarından uzaq durmaq;

  • Qrildə bişirilmiş ətə və düyüyə üstünlük vermək.

Süd və süd məhsullarından uzaq durmaqla bağlı olaraq həkiminizlə məsləhətləşməlisiniz.



Yüklə 52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin