Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Bu dərmandan hamiləlik zamanı həkimin məsləhəti ilə istafadə edilməlidir.
Laktasiya dövründə bu dərman preparatı ilə qısamüddətli müalicə mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman preparatı avtomobil və ya texnikanı idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Dərman preparatını bu təlimatdakı göstərişlərə əsasən qəbul edin.
Əgər dərmanın effektinin çox zəif və ya çox güclü olduğunu hesab edirsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
ENTEROFURYL 200 mq kapsul oral istifadə üçün nəzərdə tutulmuşdur.
Kapsullar bir stəkan su ilə udulmalıdır.
Doza
Dərman preparatı böyüklərdə və 15 yaşdan yuxarı uşaqlarda istifadə edilir.
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar üçün
Sutkada 4 dəfə 1 kapsul (gündəlik cəmi 800 mq nifuroksazid).
Müalicə müddəti
Müalicə müddəti 3 günlə məhdudlaşır.
Doza həddinin aşılması
Əgər Siz dərman preparatını təyin edilmiş dozadan yüksək dozada istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın!
Bu dərman preparatı ilə zəhərlənmə hallarına rast gəlinməmişdir.
ENTEROFURİL 200 mq kapsulun qəbulunun yaddan çıxması.
Əgər dərman preparatını qəbul etməyi yaddan çıxarsanız, sonra dərmandan ikiqat miqdarda istifadə etməyin, ancaq adi qrafikə əsasən dərmanı qəbul etməyə davam edin.
ENTEROFURİL 200 mq kapsulun qəbulunun dayandırılması.
Bu dərmanı həkiminizin sizə təyin etdiyi müddətə istifadə edin.
Bu dərmanın qəbulunu gözlənilmədən dayandırdığınız halda, heç bir mənfi təsirlər gözlənmir. İstənilən halda tövsiyə edirik ki, müalicə rejiminə əməl edəsiniz və müalicəni dayandırdıqda həkiminizlə məsləhətləşəsiniz.
ENTEROFURİL 200 mq kapsuldan istifadə ilə əlaqədar hər hansı şübhə və ya sualınız olsa, həkiminizlə və ya əczaçınızla danışın.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, ENTEROFURYL 200 mq kapsul da müəyyən əlavə təsirlərə səbəb ola bilər.
Dəri səpgisi, övrə, Kvinke ödemi (əsasən üzdə, dildə və boğazda şişkinlik) və ya anafilaktik şok (ümumi tip allergik şok) kimi allergik reaksiyaların baş verməsi ehtimalı vardır.
Hər hansı əlavə təsir müşahidə etdikdə, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.
Buraxılış forması
16 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Xüsusi saxlama şəraiti tələb olunmur.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
Marketinq İcazəsi Sahibi
Bosnalijek, Pharmaceutical and Chemical İndustry ASC, Jukiceva 53, Sarajevo, Bosniya və Herseqovina.
İcazə nömrəsi və tarixi:
DV № 12-0997
Dostları ilə paylaş: |