Pasiyentin vəRƏQƏSİ


Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin



Yüklə 51 Kb.
səhifə3/7
tarix11.01.2022
ölçüsü51 Kb.
#110954
növüYazı
1   2   3   4   5   6   7
Aşağıdakı hallarda təcili olaraq həkiminizə müraciət edin:


  • Müalicə zamanı 3 gün ərzində yaxşılaşma olmadıqda;

  • Yüksək temperatur, qusma zamanı;

  • Nəcisdə qan və ya selik olduqda;

  • İntensiv susuzluq və ya dilin qurması hissi olduqda. Konkret olaraq, bu əlamətlər dehidratasiyanı, yəni ishal nəticəsində əhəmiyyətli maye itkisini göstərir. Oral və ya vena-daxilinə qəbul ediləcək təkrar hidratasiyanın təyin edilməli olub-olmadığını həkiminiz müəyyən edəcəkdir.

Ehtiyat tədbirləri:

Həkiminiz tərəfindən sizə təyin edilən oral təkrar hidratasiya məhlulunun istifadə qaydasına və həll olma metoduna həmişə riayət edin və pəhrizinizlə əlaqədar onun məsləhətlərini yerinə yetirin.


Bu müalicə aşağıdakılarla bağlı pəhriz tədbirlərinə əlavədir:

İshal nəticəsində yaranan maye itkisini bərpa etmək üçün böyük miqdarda duzlu və ya şirin içkilərlə təkrar hidratasiya (böyüklərdə orta gündəlik su qəbulu 2 litrdir).

İshal zamanı ərzaq qəbulu:


  • Müəyyən qida məhsullarının, xüsusilə də meyvə, tərəvəz, ədviyyatlı yeməklər, dondurulmuş qidalar və içkilər kimi çiy qida məhsullarından uzaq durmaq;

  • Qrildə bişirilmiş ətə və düyüyə üstünlük vermək.

Süd və süd məhsullarından uzaq durmaqla bağlı olaraq həkiminizlə məsləhətləşməlisiniz.


ENTEROFURYL 200 mq/5ml oral suspenziya ilə birgə digər dərman preparatlarından eyni zamanda istifadə.
Yadda saxlayın ki, bu informasiyalar sizin artıq qəbul etmədiyiniz, həmçinin gələcəkdə qəbul etməyi planlaşdırdığınız dərman preparatlarına aid ola bilər. Əgər siz hazırda başqa bir dərman preparatını, o cümlədən reseptsiz satılan dərman preparatını qəbul edirsinizsə və ya son vaxtlar qəbul etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
ENTEROFURYL 200 mq/5ml oral suspenziyasını eyni zamanda disulfiram reaksiyasına və ya MSS depressorlarına səbəb olan dərmanlarla birlikdə istifadə etmək tövsiyə olunmur.
Hamiləlik və laktasiya
Dərman preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Bu dərmandan hamiləlik zamanı həkimin məsləhəti ilə istafadə edilməlidir.


Laktasiya zamanı bu dərman preparatı ilə qısamüddətli müalicə mümkündür.
Avtomobil və texnikanın idarə olunması

Bu dərman preparatı avtomobil və ya texnikanı idarə etmə qabiliyyətinə təsir etmir.


Digər xəbərdarlıqlar

Bu dərman preparatının tərkibində saxaroza vardır. Saxarozaya dözümsüzlüyü (nadir irsi xəstəlik) olan xəstələrdə istifadəsi tövsiyə edilmir.


Bu dərman preparatının tərkib hissələrindən biri allergik reaksiyalara səbəb ola bilən metil parahidroksibenzoatdır (E218) (ləngimiş allergik reaksiya da mümkündür).
Bu dərman preparatında spirt olduğu üçün, qaraciyər, epilepsiya xəstəliyindən əziyyət çəkirsinizsə və ya siz hamiləsinizsə, həkiminizə müraciət edin.

Yüklə 51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin