LYSOBACT preparatı nədir və nə üçün istifadə olunur.
LYSOBACT preparatının tərkibində lisozim və piridoksin adlı iki aktiv tərkib hissəsi vardır. Preparat tənəffüs sisteminə təsir göstərən dərmanlar qrupuna aiddir – lokal antiseptik vasitədir.
LYSOBACT sıxılmış həbləri məhdud sayda ağız xəstəliklərinin və süd yarası da daxil olmaqla udlaq selikli qişasının bir hissəsinin müalicəsində istifadə edilir.
2. LYSOBACT preparatını qəbul etməzdən əvvəl.
Başqa dərmanlar qəbul edirsinizsə, müəyyən xroniki xəstəliyiniz, maddələr mübadiləsinin pozulması, dərman preparatlarına həddən artıq həssaslıq və ya onların hər hansı birinə qarşı allergik reaksiyalarınız varsa, həkiminizə məlumat verin.
LYSOBACT həblərini aşağıdakı hallarda qəbul etmək məsləhət görülmür:
Lisozim xloridə və ya piridoksin xloridə, digər tərkib hissələrinə qarşı həddindən artıq həssassınızsa.
LYSOBACT həbləri qəbul edən zaman nələrə diqqət yetirməlisiniz:
Uzun müddət (bir neçə ay və ya il) yüksək piridoksin dozalarından (B6 vitamini) istifadə edərkən, arabir sancma, müvazinət pozğunluğu, əl və ayaq əsməsi (tremor), həmçinin hərəkətlərin çətin koordinasiyası halları baş verə bilər ki, bu hallar dərman preparatının qəbulunun dayandırılmasından sonra adətən aradan qalxır.
Bu dərman preparatını 5 gündən artıq qəbul etməməlisiniz, çünki bu, bakterial və ya göbələk infeksiyasının yayılması riskinə səbəb olmaqla ağız mikroflorasında balansın pozulmasına gətirib çıxara bilər.
Dostları ilə paylaş: |