324) Hematogen metastaz aşağıdakı şişlərdən hansı üçün xarakterdir?
A) Ağ ciyərin xərçəngi
B) “Yerində xərçəng”
C) Adenokarsinoma
D) Xorionepitelioma
E) Yastı epitelli xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
325) Bədxassəli şişlər üçün hansı böyümə mexanizmi daha xarakterdir?
A) Hüceyrələrin hiperplaziya və hipertrofiyası yolu ilə böyümə
B) Metastatik böyümə
C) İnvaziv böyümə
D) "Yerində böyümə"
E) Dekompozisiya yolu ilə böyümə (və ya faneroz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
326) Aşağıda bədxassəli şişlərin hansı xüsusiyyətləri göstərilmişdir?
A) Metastazvermə və residivvermə
B) Şiş toxumasının kapsula daxilində yerləşməsi, ətrafdakı toxumaları basıb sıxması
C) Şişin vaxt keçdikcə daha da böyüməsi, şüa müalicəsi zamanı isə ölçülərinin kiçilməsi
D) Şiş toxumasının qanaxmaya meylli olması və iltihablaşması
E) Xəstələrdə kosmetoloji defektin meydana çıxması, ölümə səbəb olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
327) Boşluqlu üzvlərin divarlarına və mənfəzlərinə olan münasibətindən asılı olaraq şişlərin hansı böyümə üsulu vardır?
A) Ekspansiv
B) Obturasion
C) Appozision
D) Ekzofit
E) Kompression
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |