522) Hansı adda endokardit yoxdur?
A) Valvulit
B) Qranulematoz endokardit
C) Fibroplastik endokardit
D) Qayıdan-ziyilli endokardit
E) Polipoz-xoralı endokardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
523) Tüklü ürək hansı patologiyanın makroskopik görünüşüdür?
A) İrinli perikardit
B) Hidroperikard
C) Proliferativ miokardit
D) Alkoqol kardiomiopatiyası
E) Fibrinoz perikardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
524) Bəzən autopsiyada ürək kisəsini açdıqda visseral epikard üzərində nisbətən qalınlaşmış şəkildə, təxminən 2-3 sm ölçülərə malik süd rəngli, oval formalı, parlaq sahələr görünür. Bu dəyişiklik necə adlanır?
A) Süd ləkələri
B) Pələng ürək
C) Cor pulmonale
D) Adgeziv perikardit
E) Tüklü ürək
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |