539) “Məftiləbənzər ilgəklər sindromu” hansı patologiya üçün xarakterdir?
A) Böyrək amiloidozunun sonuncu mərhələsində (uremik mərhələ) inkişaf edir
B) Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir
C) Mezangial qlomerulonefrit üçün xarakterdir
D) Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəkləridir və yaraların ikincili sağalmasını göstərir
E) Kəskin böyrək çatışmazlıqları üçün xarakterdir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
540) Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?
A) Üçtaylı qapağın çatışmazlığı
B) Aortal qapaqların bitişməsi
C) Perivaskulyar skleroz
D) Mitral qapağın stenozu
E) Perivaskulyar fibrinoid şişmə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
541) “Hematoksilin cisimciyi” hansı xəstəlik üçün xarakterdir?
A) Dishemopoetik anemiya
B) Hemoqlobinopatiya
C) Revmatizm
D) Qırmızı qurdeşənəyi
E) Böyrək amiloidozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |