584) Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?
A) Yarımkəskin emfizema
B) Yuvenil emfizema
C) Atelektatik emfizema
D) Atrofik emfizema
E) Qocalıq emfizema
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
585) Bronxopnevmoniya zamanı ağ ciyərdə makroskopik olaraq hansı dəyişiklik görünür?
A) Bronxlar genişlənmiş və deformasiyaya uğramışlar
B) Meyitin müayinəsi zamanı ağ ciyər paylarından biri və ya bir neçəsi bütünlüklə dəyişilmiş vəziyyətdə görünür (bütün bronx və alveolların mənfəzləri iltihabi ekssudatla dolmuşlar, plevra üzərində fibrinoz ekssudat görünür)
C) Ağ ciyər toxumasında səpələnmiş şəkildə ağımtıl rəngli, kazeoz (kəsmiyəbənzər) kütlələr qeyd edilir
D) Bronxlardan birinin divarından inkişaf edərək ağ ciyər toxumasına da keçən, kənarları nahamar, ağımtıl rəngli toxuma kütləsi qeyd edilir
E) Kəsikdə ağ ciyər toxumasında ocaqlı dəyişikliklər qeyd edilir, bu ocaqlarda mənfəzlərində irinli-selikli ekssudat olan xırda bronxlar görünür
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
586) Aşağıdakı hansı patologiya zamanı “ağ ciyər ürəyi”nin formalaşması az inandırıcıdır?
A) Müxtəlif mənşəli pnevmosklerozlar
B) Sirrotik vərəm
C) Ağ ciyərlərin interstitsial xəstəlikləri
D) Bronxoektaziya xəstəliyi
E) Kəskin poliseqmentar pnevmoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
587) Histogenezindən asılı olaraq aşağıda ağ ciyər xərçənglərinin hansı növü göstərilmişdir?
A) Bronxogen xərçəng
B) Kolloid xərçəng
C) Differensiasiya etməmiş xərçəng
D) Medulyar xərçəng
E) Yüksək diferensiasiyalı xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |