Həzm traktı xəstəlikləri
614) Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?
A) Kriptogen tonzillit
B) Kəskin qranulomatoz tonzillit
C) Damaq badamcıqlarının kəskin empieması
D) Septiki tonzillit
E) Fibrinoz tonzillit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
615) Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola bilər?
A) Böyrəyin ikincili amiloidozu
B) Mədənin vərəmi
C) Penetrasiya
D) Appendisit
E) Sepsis
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
616) Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?
A) Yarımkəskin qastrit
B) Mədənin xroniki xora xəstəliyi
C) Mədənin ekzofit adenokarsinoması
D) Hipertrofik qastropatiya
E) Kəskin fibrinoz qastrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
617) Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?
A) Qara ciyərin absesi
B) Perforasiya və peritonit
C) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı
D) Qanhayxırma və qanitirmə
E) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |