741) Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?
A) Bəd xassəli endoservikoz
B) Yastıepitelli xərçəng
C) Yastığabənzər xərçəng
D) Leyomiosarkoma
E) Xorioid papilloma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
742) Xorionepitelioma epitel toxumasından inkişaf etmiş bədxassəli şişdir. Bu şiş adətən öz metastazlarını ilk növbədə hansı yolla verir?
A) Kanalikulyar yolla qarın boşluğuna
B) Limfogen yolla yaxınlıqdakı regionar limfa düyünlərinə
C) Limfogen yolla uzaq limfa düyünlərinə
D) Likvor mayesi ilə beyin qabığına
E) Hematogen yolla ağciyərə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
743) Aşağıda süd vəzinin qeyri-infiltrativ axacaq xərçənginin (axacaqdaxili) hansı histoloji variantı göstərilmişdir?
A) Kribroz xərçəng
B) Xorioid karsinoma
C) Axacaqdaxili karsinomatoz
D) Axacaq (axacaqdaxili) papilloması
E) Endokanalikulyar (endofit) qeyri-infiltrativ xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
744) Keçirilmiş və ya pozulmuş hamiləliklərdən hətta bir neçə həftə sonra uşaqlıqdan götürülmüş qaşıntı materialında aşkar olunan bu morfoloji dəyişikliklərdən 4-ü həm uşaqlıq, həm də uşaqlıqdan kənar hamiləliyi, biri isə yalnız uşaqlıq hamiləliyini sübut edir. O, hansıdır?
A) Müayinə olunan materialda xorion xovlarının olması
B) Desidual hüceyrələrin görünməsi
C) Arias-Stella fenomeni (epitel hüceyrələriin böyüməsi və iri atipik nüvələrə malik olması)
D) Yumaqcıq şəklində spiral arteriyaların görünməsi
E) “Overbekin parlaq vəzləri”nin görünməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |