996) Yenidoğulmuşlarda doğuş şişi nə deməkdir (nədən ibarətdir)?
A) Ananın doğuş yollarında inkişaf edən ödem
B) Dölün gəliş hissəsində toxumalara hopmuş seroz qanlı kütlə
C) Yenidoğulmuş uşaqlarda sağrı nahiyəsində irinli ekssudat
D) Doğuşdan sonra uşaqda aşkar edilən hər hansı şiş toxuması (istər xoş, istərsə də bədxassəli)
E) Dölün ənsə nahiyəsində xoşxassəli epitelial şiş
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
997) Yenidoğulmuşlarda pnevmopatiyalar qrupuna 3 xəstəlik aid edilir. Aşağıda bu xəstəliklərdən hansı göstərilmişdir?
A) Ödemli-hemorragik sindrom
B) Pnevmosist pnevmoniya
C) İrinli traxeit
D) Qudpasçer sindromu
E) Qazanılmış bronxoektaziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
998) Antenatal dövrdə çəkisi 1000 qram və daha artıq olan döl doğulmuş və ya xaric edilmiş, ən azı bir dəfə nəfəs almışdır. Belə döl necə adlanır?
A) Diridoğulmuş
B) Desidual döl
C) Ölüdoğulmuş
D) Düşük
E) Gecikmiş abort
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
999) Yetişmiş döldə bud sümüyünün aşağı epifizində sümükləşmə nüvəsi necə adlanır?
A) Beklar nüvəsi
B) Osler düyünü
C) Qalen nüvəsi
D) Epifizar qranuloma
E) Osteoblast cisimcik
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1000) Hestasiya yaşı 39-41 həftə, uzunluğu 48-51 sm, çəkisi 2500 qram və daha artıq olan döl necə adlanır?
A) Həddən artıq yetişmiş döl
B) Yetişməmiş döl
C) Yetişmiş döl
D) Düşük
E) Gecikmiş abort
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |