218) Aşağıdakı proseslərdən hansı iltihabdır?
A) Abses
B) Nevus
C) Amiloidoz
D) Ağ ciyərin infarktı
E) Hematoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
219) Fibrinoz ekssudativ iltihabın əsas xarakter əlaməti nədir?
A) İltihab nahiyəsində fibroz toxumanın inkişafı
B) İltihab prosesinin fibrozlaşma istiqamətində inkişaf etməsi
C) Ekssudatın tərkibində çoxlu miqdarda tromb kütləsinin olması
D) İltihab ocağında limfo-leykositar infiltrasiyanın olması
E) İltihab ocağında çoxlu fibrin tellərinin olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |