340) Tuton hüceyrələri aşağıdakı şişlərdən hansı üçün xarakterdir?
A) Tutonoma
B) Leyomioma
C) Kapoşi sarkoması
D) Berkitt xəstəliyi
E) Dermatofibroma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
341) Uşaqlığın divarında saya əzələlərdən inkişaf edən xoşxassəli şiş toxuması stroma ilə də zəngindir. Bu şiş necə adlanır?
A) Stromal leyomiosarkoma
B) Stromal fibroma
C) Uşaqlığın fibroması
D) Uşaqlığın fibroleyomioması
E) Uşaqlığın mioması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
342) Eninəzolaqlı əzələlərdən inkişaf edən bədxassəli şiş necə adlanır?
A) Rabdomiosarkoma
B) Bədxassəli leyomioma
C) Rabdomioma
D) Bəd xassəli mioma
E) Leyomiosarkoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
343) Sol budun iç tərəfində dərialtı toxumada fibrosarkoma vardır. Hematogen yolla ilk metastaz hansı üzvə veriləcəkdir?
A) Qara ciyər
B) Sol qasıq limfa düyünləri
C) Kişilərdə sol xaya, qadınlarda sol yumurtalıq
D) Sağ baldırın iç tərəfi
E) Ağ ciyər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |