673) Qara ciyərin toksiki distrofiyası zamanı ölümün bilavasitə səbəbi nə olur?
A) Kəskin ürək-damar çatışmazlığı
B) Yemək borusunun aşağı 1/3 və mədənin yuxarı 1/3-nin varikoz genəlmiş damarlarının partlaması və kəskin qanitirmə
C) Orqanizmdə ümumi maddələr mübadiləsinin kəskin şəkildə pozulması
D) Kəskin qara ciyər çatışmazlığı
E) Xroniki qara ciyər çatışmazlığı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
674) Bu patologiyalardan hansı virus hepatitinin əsas histoloji əlamətlərindən biri hesab edilir?
A) Hepatositlərdə Babeş-Neqri cisimcikləri
B) Mallori cisimcikləri
C) Qara ciyərdə diffuz piy distrofiyası
D) Kaunsilmen cisimcikləri
E) Sentrolobulyar nekroz ocaqları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
675) Aşağıdakı hansı patoloji proses qara ciyər sirrozunun klinik-morfoloji tipidir?
A) Qaz qara ciyəri
B) Toksiki sirroz
C) Muskat qara ciyər
D) Postnekrotik sirroz
E) Metabolik sirroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
676) Hepatositlərdə hialinəbənzər Mellori cisimcikləri hansı xəstəlik zamanı aşkar olunur?
A) Xroniki alkoqolizm
B) B-hepatit
C) Qara ciyərin postnekrotik sirrozu
D) Hipertoniya xəstəliyinin qara ciyər forması
E) Qara ciyərin xroniki hialinozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |