677) Qara ciyərin toksiki distrofiyasının başqa adı nədir?
A) Qara ciyərin proqressivləşən massiv nekrozu
B) Orqanizmin qara ciyər mənşəli kəskin ümumi intoksikasiyası
C) Qara ciyərin diffuz sklerozu
D) Qara ciyərin toksiki sirrozu
E) Xroniki aktiv hepatit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
678) Virus hepatiti (B-hepatit) zamanı mikroskopik müayinədə qara ciyərdə aşağıdakı hansı xarakter dəyişiklik aşkar oluna bilər?
A) Qara ciyərdə paycıqlı quruluşun pozulması və yalançı paycıqların əmələ gəlməsi
B) Mallori cisimcikləri
C) Ocaqlı piy distrofiyası, qara ciyərdə “üzüyəbənzər hüceyrələr”in əmələ gəlməsi
D) Kaunsilmen cisimcikləri və koaqulyasion nekroz
E) Qaz qara ciyəri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |