Patoloji anatomiya


) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?



Yüklə 0,87 Mb.
səhifə252/324
tarix05.01.2022
ölçüsü0,87 Mb.
#111801
1   ...   248   249   250   251   252   253   254   255   ...   324
759) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Mədə-bağırsaq sindromu variantı

B) Oynaq forması

C) Bəd xassəli variant (məsələn, Kapoşi sarkomasının meydana çıxması ilə)

D) Leykopenik variant

E) Kardio-vaskulyar forma (ürək forması)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
760) Qrip xəstəliyinin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik yığıntılar əmələ gəlir. Onlar hansılardır?

A) Nekrotik və distrofik substansiyalar

B) Səthi və dərin substansiyalar

C) Oksifil və bazofil substansiyalar

D) Premortal və postmortal substansiyalar

E) Parenximatoz və mezenximal yığıntılar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
761) Uşaqda qızılca xəstəliyi başlanır. Yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Bu ləkənin adı nədir?

A) Enantematoz ləkə

B) Lukin-Libman ləkəsi

C) Perqament ləkə

D) Vortin-Finkeldey ləkəsi

E) Filatov-Koplik ləkəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
762) İİV-infeksiya (QİÇS) zamanı ilkin xarakter patogenetik əlamət kimi immun sistemin əsasən hansı komponenti zədələnir və sıradan çıxır?

A) Plazmositlər

B) Tənəffüs yollarının və düz bağırsağın divarındakı limfoid follikullar

C) T-helper limfositlər (T4)

D) Bütün limfa düyünləri (generalizə olunmuş limfadenopatiya)

E) T-supressor limfositlər (T8)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   324




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin