877) Malyariya xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?
A) Protozoa tipinə məxsus ibtidailər – malyariya plazmodiləri
B) Korinebakteriyalar ailəsinə məxsus malyariya streptokokları
C) Malyariya rikketsiyaları
D) DNT-tərkibli malaroviruslar
E) Asiya tipli malyariya vibrionları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
878) Aşağıda göstərilən hansı patoloji proses malyariya xəstəliyinin formalarından biridir?
A) Paralitik forma
B) Tropik malyariya
C) Əsnək forması
D) Hemolitik forma
E) Subtropik malyariya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
879) Malyariya xəstəliyi zamanı əmələ gələn patoloji hemoqlobinogen piqment necə adlanır?
A) Hemozoin
B) Hematoidin
C) Porfirin
D) Hemosiderin
E) Malyariya bilirubini
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |