47) Hansı bənd patoloji-anatomik diaqnoza daxil deyil?
A) Əsas xəstəliyin ağırlaşmaları
B) Fon xəstəliyi
C) Yanaşı xəstəlik
D) Əsas xəstəlik
E) Mərhumun soyadı, adı və atasının adı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003. 48) Aşağıdakı hansı patoloji proses ağırlaşma deyil, xəstəlikdir?
A) Parenximatoz sarılıq
B) Perifokal qastrit
C) Viruslu hepatit
D) Kaxeksiya
E) Nəcis peritoniti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003. 49) Xəstə xəstəxanaya rayondan göndəriş vərəqəsi ilə daxil olmuşdur. Göndəriş vərəqəsində göstərilən diaqnoz səhv qoyulmuşdur. Xəstəxanada tam müayinədən hələ keçə bilməyən xəstə bir saatdan sonra ölmüşdür. Meyitin müayinəsi zamanı klinik və patanatomik diaqnozlar arasında uyğunsuzluq aşkar edilmişdir. Bu, hansı kateqoriya uyğunsuzluqdur?
A) V kateqoriya
B) II kateqoriya
C) III kateqoriya
D) IV kateqoriya
E) I kateqoriya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003