Patoloji fiziologiya



Yüklə 29,29 Kb.
səhifə2/11
tarix01.01.2022
ölçüsü29,29 Kb.
#110347
1   2   3   4   5   6   7   8   9   10   11
1. Patoloji fiziologiyanın predmeti

Patoloji reaksiya – orqanizmin adi və xəstəliktörədici qıcıqlara qarşı qısamüddətli geridönən cavab reaksiyasıdır . Məs : gözə yad cism düşdükdə göz yaşı ifrazının artması , əsəbi halda AT – nin yüksəlməsi ( hipertenziv reaksiya )

  • Patoloji proses – müəyyən ardcıllıqıa inkişaf edən , polietioliji , monopatogenetik ( oxşar inkişaf mexanizmlərinə malik ) , həddən çox təkrarlanan prosesə deyilir . Məs : iltihab , qızdırma , distrofiya , allergiya və s.

  • Patoloji vəziyyət – orqan və toxumaların uzunmüddətli , geridönməyən struktur dəyişikliyinə deyilir . Məs : çapıq , nekroz , amputasiya , sinirin atrofiyalaşması ,pnevmoskleroz , sirroz və s.

    Xəstəliyin əlamətlərindən bəhs edən elmə semiotika deyilir . Xəstəliyin əlamətləri aşağıdakı kimi qruplaşdırılır :

    1. Spesifik və qeyri – spesifik

    1. Spesifik əlamət kankret xəstəliyin özünəməxsus diaqnostik əhəmiyyətli əlamətidir . Məs : tetanusda opustatonus , difteriyada ərpin selikli qişaya yapışması , anadangəlmə sifilisdə aypara dişlərqılıncabənzər baldır , cüzamda şirsifətlilik və s.

    2. Qeyri – spesifik əlamətlər ümumi xarakterli , diaqnostik əhəmiyyətli olmayan əlamətlərdir . Qeyri – spesifik əlamətlər xəstəliyin prodromal dövründə təsadüf edir . Məs : baş ağrısı , ürəkbulanma , halsızlıq və s.

    1. Obyektiv və subyektiv

    1. Obyektiv həkim müayinəsi ilə aşkarlanan əlamətlərə deyilir .

    2. Subyektiv xəstənin şəxsi fikrinə əsaslanan əlamətlərdir .

    1. Aşkar və gizli

    • Gizli xəstəliyin sınaqla aşkara çıxarılan əlamətlərinə deyilir . Məs : şəkər yükü sınağı .

    1. I – li və II – li

    1. I – li əlamətlər xəstəliyin erkən dövründə meydana çıxan əlamətlərdir .

    2. II – li və ya gecikmiş əlamətlər xəstəliyin gedişi müddətində aşkara çıxarılır . Məs : toksemiya yanıq xəstəliyinin gecikmiş əamətidir .

    1. Simptomokompleks və sindrom

    1. Simptomokompleks – patologiya üçün xas olan əlamətlər cəminə deyilir .

    2. Sindrom – patogenetik cəhətdən yaxın olan əlamətlər cəmidir . Məs : bütün irsi xəstəliklərdə : 1. Skelet deformasiyası 2. Orta ömrün qısalığı 3.Cinsi fəallığın azlığı 4. Əql kəmliyi və s. patogenetik əlamətlər olduğundan Şerşevski – Terner , Daun , Hepatolienal və s. Kimi irsi patologiyalar sindrom adlandırılır .


    Yüklə 29,29 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin