Etioloji amillərin orqanizmə təsiretmə müddətindən asılı olaraq 3 növü ayırd edilir : Bütün xəstəlik müddətində təsir edən etioloji amillər . Elə etioloji amillər vardır ki , bütün xəstəliyin gedişini təyin edir . Məs : qida zəhərlənməsi və onların toksinləri , allergiyalar . Birinci halda toksini , ikinci halda isə allergeni orqanizmdən kənarlaşdırmadıqda əlamətlər aradan qalxmır.
Bütün xəstəlik dövründə iştirak edərək öz təsir xüsusiyyətlərini dəyişən etioloji amillər . Məs : infeksion xəstəliklərin törədiciləri ( vərəm ) . Etioloji amilin orqanizmin immun statusunda asılı olaraq öz təsir xüsusiyətini dəyişməsinə persitensiya deyilir .
Xəstəliyin yalnız başlanğıc dövründə təsir göstərən etioloji amillər . Məs: travmalar , termiki amil , birdəfəlik yüksək dozada şüalanma və s.