AƏF "Gənclər Fondu" Layihəsində İştirak Etmək İstəyənlər üçün Seçim Turunun Vaxtını Uzatmışdır
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA) tərəfindən maliyyələşdirilən və Mingəçevir şəhəri, Tərtər, Bərdə, Ağdaş, Ucar, Quba, Qusar, Goranboy, Şəki, Gədəbəy və Ağcabədi rayonlarında həyata keçiriləcək “Gənclər Fondu” layihəsində iştirak etmək istəyənlər üçün seçim turu elan edir.
Təşkilat haqqında:
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş AƏF, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Həm qrant təşkilatçısı, həm də proqram icraçısı funksiyalarını yerinə yetirən Avrasiya Əməkdaşlıq Fondu öz fəaliyyətində regional əməkdaşlıq və araşdırma, etimadın yaradılması, media və gənclərin inkişafı kimi əsas proqram sahələrinə əhəmiyyət verir.
Layihə haqqında:
Layihənin məqsədi Azərbaycan Gənclərinin fəal vətəndaş kimi cəmiyyətin sosial və siyasi inkişafında iştirak etmələrinə imkan yaratmaq, eləcə də hesabat verən və şəffaf keçirdilən kiçik qrant proqramları vasitəsilə icma problemlərini həll etmək. 2005-ci ildən başlayaraq bu Proqram bir neçə rayonlarda fəaliyyət göstərmişdir. Hal-hazırda isə bu fəaliyyət Gəncə şəhəri, Qazax, Göygöl, Tovuz, Ağstafa, Şəmkir, Samux və Yevlax rayonlarında davam etdirilir.
Layihə çərçivəsində görüləcək işlər:
- Azərbaycanın 21 rayonunda 21 Gənclər Fondunun inkişaf etdirilməsi və dəstəklənməsi
- Planlanşdırılmış təlim modulları vasitəsilə fəal gənclərin öyrədilməsi
- Zəruri ehtiyacların və məsələlərin müəyyənləşdirilməsi
- Grant elanları və müsabiqələr
- Fəal gənclər şəbəkəsinin yaradılması
Tələblər:
Ümumi:
-
Kişi/qadın;
-
18-30 yaş arası.
Dil bilikləri:
-
Azərbaycan dilində sərbəst danışma bacarığı mütləqdir;
-
İngilis və rus dillərini bilməsi üstünlük kimi qəbul olunur.
Necə müraciət etməli:
Layihədə iştirak etmək üçün əlavə olunmuş ƏRİZƏ formasını doldurun və layihənin Proqram üzrə Müavini, Rəna Abdullayevaya (rabdullayeva@epfound.az) göndərin və ya çap olunmuş formada aşağıdakı ünvana təqdim edin:
Avrasiya Əməkdaşlıq Fondu
C. Cabbarlı küçəsi, 44,
Kaspian Plaza III, 6-cı mərtəbə
Bakı AZ1065
Qeyd: Layihəyə yalnız Mingəçevir şəhəri, Tərtər, Bərdə, Ağdaş, Ucar, Quba, Qusar, Goranboy, Şəki, Gədəbəy və Ağcabədi rayonlarından olan iştirakçılar ərizə göndərə bilər.
Ərizənin SON qəbul tarixi: 30 sentyabr, 2011-ci il saat 18.00-dək.
Dostları ilə paylaş: |