Pd prefix pd firstname pd lastname



Yüklə 7,34 Kb.
tarix13.06.2018
ölçüsü7,34 Kb.
#53529

-
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş AƏF, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.

Avrasiya Əməkdaşlıq Fondu hüquqi xidmətlərin göstərilməsi üzrə tender elan edir. Tələb olunan şərtlər:



  1. AƏF-in daxili sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və həmin sənədlərin qanunvericiliyə uyğunlaşdırılması;

  2. Mülki, vergi, əmək və digər hüquqi məsələlərə dair şifahi və ya yazılı məsləhət, rəy və ya arayışların verilməsi;

  3. AƏF-in adından dövlət və ya qeyri-dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə ünvanlanan müraciətlərin, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;

  4. AƏF-in üçüncü şəxslərlə bağlayacağı müxtəlif növ müqavilələrin layihəsinin yoxlanılması və ya hazırlanması;

  5. Kadr məsələləri ilə bağlı hüquqi yardımın göstərilməsi.

Tenderdə vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər iştirak edə bilər. Təkliflərinizi, tariflər də daxil olmaqla, 24 yanvar 2012-ci il saat 18:00-dək info@epfound.az e-mail ünvanına göndərə bilərsiniz. Tariflər təklif olunan xidmətlər üçün saat-hesabı qiyməti əks etdirməlidir. Təkliflərlə yanaşı, keçmiş təcrübəniz haqqında məlumatı da təklif paketinə əlavə etməyinizi xahiş edirik. Müqavilənin, son etibarlılıq tarixi 31.01.2013 olmaqla, 1 il müddətinə imzalanması nəzərdə tutulur.

Suallarınızla bağlı Aytən Vəliyevaya müraciət edə bilərsiniz. Əlaqə üçün məlumat:


Avrasiya Əməkdaşlıq Fondu


C. Cabbarlı küçəsi, 44,
Kaspian Plaza, 6-cı mərtəbə
Bakı  AZ1065
Tel:  +994 12 437 29 40/41/42/43
Fax: +994 12 437 29 44


Yüklə 7,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin