Pedaqogikanın ümumi əsasları Plan


Tərbiyə olunanların fəaliyyət məhsulları



Yüklə 176,29 Kb.
səhifə10/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   141
4. Tərbiyə olunanların fəaliyyət məhsulları. Uşaq fəaliyyəti məhsulları müxtəlif­dir. Buraya uşaqların icra etdikləri işlər, müxtəlif fənlər üzrə yerinə yetirdikləri tapşırıqlar aiddir.

5. Şifahi xalq ədəbiyyatı nümunələri. Xalq həmişə təlim tərbiyəyə, elm və biliyə müsbət münasibət göstərmiş və bunu da özlərinin yaratdıqları şifahi xalq ədəbiyyatı nü­mu­nələrində əks etdirmişlər. Folklor nümunələrinə6 atalar sözləri və məsəllər, bayatılar, laylalar, oxşamalar, sanamalar, əmək nəğmələri, nağıl və dastanlar, lətifələr, nəsihətlər, aşıq qoşmaları və s. daxildir. Bunların hamısı tərbiyəçilər, valideynlər üçün zəngin peda­qoji bilik mənbəyidir.

6. Canlı söz. Burda tərbiyəçi, müəllim, alim, valideyn, şagird və pedaqoji prosesin digər iştirakçılarının təlim, tərbiyə, təhsilə dair dediyi fikirlər nəzərdə tutulur.

7. Pedaqoji mövzuda yazılar. Bura pedaqoq, alim, müəllim, tərbiyəçi, tələbə və sairənin qəzet və jurnal və kitablarda dərc olunan əsərləri aiddir. Bu cür yazılar, keçmişdə tədris müəssisələ­rinin vəziyyətindən,orada təlim-tərbiyənin məzmunundan, üsulları və təşkili formalarından, peda­qo­­ji fikrin tarixindən, müasir təlim, tərbiyə problemlərindən, qabaqcıl məktəb və müəllimlərin iş təcrübəsindən, mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları haqqında məlumat verir.

8. Dövlət sənədləri. Bura Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, Təhsil qanunvericiliyi, təhsillə bağlı nizamnamə, əsasnamələr və digər rəsmi sənədlər aiddir. Bunlar vasitəsilə hər hansı dövrdə təlim, təhsil və tərbiyənin qarşısına qoyulan vəzifələri, məqsədi, məzmunu, təşkili qaydaları və s. haqqında geniş bilik əldə etmək olar.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin