İradənin formalaşması mərhələləri
I mərhələ II mərhələ III mərhələ
- iradi səy; - qətiyyətlilik; - məsuliyyət;
- inadkarlıq; - cəsarət; - intizamlılıq;
- dözümlülük - özünü ələ almaq; - pirinsipiallıq;
- özünə inam - məcburilik;
- çalışqanlıq.
III qrup iradi keyfiyyətlər sırf mənəviyyatla bağlı təzahür edirlər.
Əxlaqi davranış bacarıq və vərdişləri insanın bu və ya digər şəraitdə digər adamlarla münasibətdə özünü necə aparması ilə əlaqədar anlayışlardır. Onların formalaşmasında əxlaqi şüur, iradə, inam, əqidə, əxlaqi hissələrlə yanaşı müxtəlif adət və ənənələr də mühüm rol oynayır.
5.Əxlaq tərbiyəsinin məzmunu və yolları
Müasir dövrdə əxlaq tərbiyəsinin məzmunu bir sıra bəşəri dəyərlərin təsiri altında əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Belə dəyərlərdən bir neçəsinə nəzər salaq:
Insan həyatı – Həyat insanın ən müqəddəs, pozulmaz hüququdur. Uca Allah insana özünün və başqalarının həyatına qəsd etməyi ən böyük günahlardan biri kimi qadağan etmişdir. Təəssüf ki, bu gün bütün dünyada uşaqlar və gənclər arasında intihar və terrorçuluq halları getdikcə artmaqdadır.
Dostları ilə paylaş: |