hər hansı işi görməzdən əvvəl onun nə ilə nəticələnəcəyini aydın təsəvvür etmək bacarığı;
öz nöqsanlarını müəyyənləşdirə bilmək, öz söz və hərəkətlərinə düzgün qiymət verə bilmək;
səbirli olmağı bacarmaq;
geniş və dərin biliklərə malik olmaq.
Ağıl tərbiyəsinin mahiyyəti.
“Ağıl tərbiyəsi” - xüsusi tərbiyəvi təsirlər nəticəsində uşaqların əqli qabiliyyətləri və təfəkkürünün inkişafı prosesidir.
“Ağıl tərbiyəsi” şagirdlərin əqli qabiliyyətləri və təfəkkürünün inkişafı, əqli əmək mədəniyyətinə yiyələndirmə sahəsində məqsədəyönəldilmiş təsir prosesidir.
Əqli tərbiyənin əsas istiqamətləri bunlardır:
Təfəkkürün müxtəlif növlərinin inkişafı.