Əmək – insanın həyati məqsədlərə çatmaq üçün malik olduğu qabiliyyətləri gerçəkləşdirərək çalışdığı fəaliyyət növüdür.
Əmək tərbiyəsi – gənc nəslin psixoloji və əməli cəhətdən zəhmətə hazırlanması, əmək mədəniyyəti vərdişlərin formalaşdırılması üçün məqsədyönlü təsir prosesidir. Əmək mədəniyyəti formalaşdırılması mənəviytyatla sıx bağlıdır. Məsələn, işgüzarlıq, təşəbbüskarlıq, mütəşəkkillik, icraçılıq, çalışqanlıq əməyə münasibət formalaşmasında rol oynayan əsas iradi keyfiyyətlərdir.