Əmək tərbiyəsinin əsas məqsədi böyüyən nəsildə əməyə müsbət münasibət, özünün və cəmiyyətin xeyrinə əməyə əxlaqi, fiziki və texniki baxımdan hazır olmaq keyfiyyəti aşılamaqdır.
Əmək tərbiyəsinin əsas qanunauyğunluğu uşaqların məhsuldar əməkdə iştirakı, təlimin məhsuldar əməklə birləşdirilməsi ilə bağlıdır.
Əmək tərbiyəsinin vəzifələri
əməyin hər bir insanın, həmçinin bütövlükdə cəmiyyətin firavanlığının əsası olduğu haqda uşaqlarda əqidə formalaşdırılması;
əməyə düzgün münasibət formalaşdırmaqdan ötrü məktəblilərdə sabit əxlaqi və iradi keyfiyyətlər tərbiyə edilməsi;
müasir istehsalatda uğur qazanmaq üçün zəruri olan ümumi və politexnik təhsilə dair biliklər və xüsusi bacarıqlar formalaşdırılması;
uşaqların düzgün peşə seçiminə köməklik göstərilməsi.