Səhərlər açıq havada keçirilən fiziki təmrinlər orqanizmin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına səbəb olur. Bu məşğələlərin səmərəliliyi onların təşkilindən və sistematikliyindən asılıdır. Ibtidai sinif müəllimi uşaqların yaş dövrlərinə müvafiq olaraq fiziki hərəkətlər kompleksi hazırlayır. Bu zaman məktəbin xüsusiyyətləri və yerli iqlim şəraiti nəzərə alınmalıdır.
bədən tərbiyəsi dəqiqələri və ya pauzaları - əsasən yorğunluğun qarşısının alınması məqsədilə bir neçə sadə fiziki tapşırıqların yerinə yetirilməsidir.