bəzi ailələrdə əməkhaqqının aşağı səviyyəsi. Bəzi ailələrdə əməkhaqqının yaşayış minimumundan aşağı olması da müvəqqəti sosial çətinlik kimi mövcuddur. Təsadüfi deyil ki, minimum əməkhaqqının artırılması məsələsi daim dövlətin diqqət mərkəzində olur.
c) məktəbəqədər tərbiyə müəssisələrinin sayının azalması. Əgər valideynlər işləyirlərsə, uşaqların üzərində nəzarət, onların məqsədyönlü tərbiyəsi işi düzgün təşkil olunmur. Mövcud məktəbəqədər tərbiyə müəssisələrinin də demək olar ki, əksəriyyəti (xüsusən respublikanın rayonlarında) keçid dövrünün iqtisadi çətinlikləri ilə bağlı olaraq öz işlərini günün tələbləri səviyyəsində qura bilmir.
Bütün bunlar ailədaxili münasibətlərin gərginləşməsinə, emosional ailə mühitində qarşılıqlı anlaşmanın zəifləməsinə, ailə başçısı probleminin gəlirə görə müəyyənləşməsi ucbatından yaranan çəkişmələrə səbəb olur və nəticədə ailə tərbiyəsinin səmərəliliyinin aşağı düşməsinə, bəzən isə ailənin dağılmasına səbəb olur.
2.Azuşaqlı və ya təkuşaqlı ailələrin sayının artması. Bu amilin meydana çıxması və intişar tapmasının əsas səbəbləri, bizcə, bunlardır:
Dostları ilə paylaş: |