Ailə qurmağın, toy məclisləri təşkil etməyin yeni – kosmopolit ənənlərinin yaranması. Bu amilin səbəbləri adət-ənənələrin idarə olunmamasından, onlara ciddi xalq nəzarətinin zəifləməsindən yaranır. Özünə həyat yoldaşı seçməkdə güya tam sərbəstliyin üstünlüyü, ailə qurmağın əsasında qarşılıqlı sevginin, psixoloji uyğunluğun deyil, maddi durumun, iqtisadi təmənnanın durması, israfçılıqla, ifratla, əxlaqi yaraşmazlıqlarla dolu olan toy məclisləri bu səbəblərin heç də tam olmayan siyahısına daxildir.