Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə135/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   131   132   133   134   135   136   137   138   ...   141
Məktəb direktoru. Məktəbin bütün fəaliyyətinə rəhbərlik edir, şagirdlərlə təlim-tərbiyə işinin keyfiyyəti və təşkili üçün, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafı üçün, həmçinin məktəbin təsərrüfat-maliyyə fəaliyyəti üçün məsuliyyət daşıyır.

Məktəb pedaqoji şurasının sədridir, pedaqoji kollektivin işinə rəhbərlik edir, kadrların düzgün seçilib yerləşdirilməsini təmin edir. O, biliklərin keyfiyyəti, şagirdlərin davranışı, bütün dərsdənkənar və məktəbdənkənar işlərə nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümlü işini təşkil edir.

Məktəb direktoru, təxminən bu cür keyfiyyətlərə malik olmalıdır:


  • uşaqları sevir və onlara hörmət edir;

  • pedaqoq kimi liderdir və özünə bərabər heç bir pedaqoq – liderdən çəkinmir;

  • alicənablıq, düzlük, obyektivlik, paxılılıq və kinlilik xüsusiyyətlərinin olmaması;

  • əla metodist, yaxşı məsləhətçi olmalıdır;

  • uşaqların və yaşlı adamların fikrini incimədən dinləyə bilir;

  • əvvəlcə özünə, sonra isə başqalarına qarşı tələbkardır; hövsələlidir;

  • incə psixoloqdur; özünü müəllimin və ya şagirdin yerində hiss edə bilir;

  • səhvlərini etiraf edir və düzəltmək yollarını bilir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin