Dərsdənkənar və məktəbdənkənar işlər üzrə təşkilatçı. 1967-1968-ci tədris ilindən məktəblərimizdə belə bir vəzifə təsis edilmişdir. Təşkilatçı dərsdənkənar və məktəbdənkənar işləri təşkil edir və aparır, şagirdlərin ictimai – faydalı əməyini təşkil edir, sinif rəhbərləri, tərbiyəçilər və digər pedaqoji işçiləri təlimatlandırır.
Bundan başqa, məktəbdə təsərrüfat işləri üzrə direktor müavini, hərbi rəhbər, kitabxanaçı, katib, kabinə rəhbəri, laborant, emalatxana və tədris-tərbiyə sahəsi rəhbəri vəzifələri də vardır.
Dostları ilə paylaş: |