Tərbiyə olunan - uşaq – pedaqoji prosesin obyekti kimi müəyyən pedaqoji məqsədlər və mütəşəkkil təsirlər nəticəsində dəyişən, inkişaf edən fərdiyyətdir. Pedaqoji prosesin subyekti kimi uşaq öz təbii imkanları və tələbatları əsasında inkişaf edən, yaradıcı, özünütəqdimə, tələbatlarını ödəməyə, maraq və meyllərini təmin etməyə çalışan, pedaqoji təsirləri fəal şəkildə mənimsəyən və onlara müqavimət göstərən şəxsiyyətdir.
Pedaqoji prosesin səmərəliyi bunlardan asılıdır:
- onun məzmunu və təşkilinin tərbiyənin obyektiv qanunları və ictimai həyatın tələbatına uyğunluğundan;
- bu prosesdə yaranan ziddiyyətlərin vaxtında aşkar edilib, aradan qaldırılmasından və bu işin daim təkmilləşdirilməsindən;
- uşaqların həyatına geniş ictimaiyyətin cəlbi, həmçinin uşaqların ictimai həyatda iştirakının genişləndirilməsindən;
- fəaliyyətin təşkilində uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasından;
- pedaqoji ustalıq və düzgün pedaqoji nəzarətin təşkilindən.
Pedaqoji proses 3 mərhələdən ibarətdir: hazırlıq, əsas, yekun
Dostları ilə paylaş: |