Hazırlıq mərhələsində pedaqoji prosesin lazımi istiqamət və tempdə baş verməsi üçün zəruri olan şərait yaradılır. Bu zaman aşağıdakılara xüsusi fikir verilməlidir:
- konkret vəzifələrin qoyuluşu;
- prosesin inkişaf diaqnostikası;
- prosesin gedişi və alınacaq nəticələr barədə proqnoz verilməsi;
- prosesin inkişafının lahiyələşdirilməsi və planlaşdırılması.
Pedaqoji prosesin əsas mərhələsi aşağıdakıları əhatə edir:
- görüləcək işlərin məqsəd və vəzifələrinin qoyuluşu və izah edilməsi;
- müəllim və şagirdlərin qarşılıqlı fəaliyyəti;
- pedaqoji prosesdə nəzərdə tutulmuş üsul, forma və vasitələrdən istifadə;
- əlverişli şərait yaradılması;
- pedaqoji prosesin digər sosial proseslərlə əlaqəsinin təmin edilməsi.
Pedaqoji prosesin yekun mərhələsində alınmış nəticələr təhlil olunur.
Dostları ilə paylaş: |