3.Tədris planı.Tədris planı təhsilin məzmununu və bir sıra digər cəhətlərini təyin edən başlıca rəsmi sənəddir. Təhsil sisteminin əhatə etdiyi hər tədris müəssisəsinin özüəməxsus tədris planı olur.
Müxtəlif tipli tədris müəssisələrinin qarşısında qoyulan vəzifələr başqa-başqa olduğundan, onların tədris planlarıda müxtəlifdir. Hətta eyni universitetin daxilindəki fakültələrin tədris planları da bir-birlərindən fərqlənir.
Tədris müəssisələrinin tiplərindən və növlərindən aslı olaraq tədris planları nə qədər müxtəlif olsalar da, onların hamısı üçün ümumi olan cəhətlər də vardır.:tədris planının rəsmi sənəd olması, keçiləcək fənlərin adları, bu fənlərin tədris ardıcıllığı, hər fənnin tədrisinə ayrılan vaxt, təhsilin müddəti, şagirdin və ya tələbənin fəaliyyət formaları, tətil, rüb və ya semestrlər və s. buna misaldır.
Bu və ya digər tədris müəssisələrində təlim və tərbiyənin əsasını təşkil edən başlıca rəsmi sənəd tədris planıdır. Çünki bu sənəd nə öyrətməli, hansı ardıcıllıqla, nə müddətdə, hansı formada öyrətməli kimi suallara cavab verir. Tədri planları müvafiq təhsil orqanı və tədris müəssisələrinin şurası tərəfindən təsdiq edilir.
Tədris planı təhsilim müddətini də əks edir. Yuxarıda istinad etdiyimiz tədris planına görə orta ümum təhsil məktəblərində təhsil müddəti 11 ildir.
Deyilənlərdən aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə tədris ardıcıllığını, hər fənnə verilən həftəlik və illik sənədlərin miqdarını, təhsilin müddətini, şagirdlərin fəaliyyət növlərini və s. məsələləri əks etdirən rəsmi sənədə tədris planı deyilir.
Dostları ilə paylaş: |