Təlimdə elmilik prinsipi Təlimdə elmilik prinsipi tələb edir ki, elmlərin təsdiq etdiyi müasir biliklər təhsilin məzmununa daxil edilsin və təlim prosesində həmin biliklər praktik bacarıq və vərdişlərə çevrilsin. Elmilik prinsipinin əhəmiyyətini beş istiqamətdə görmək olar:
ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər şagirdlərin başa düşəcəkləri şəkildə təhsilin məzmununa qovuşur, faktik materialla nəzəri anlayışların nisbəti gözlənilir;
şagirdlərin dərketmə imkanları vaxtaşırı nəzərdən keçirilir və bunun sayəsində nəzəri anlayışların siniflər üzrə öyrədilməsində mü-vafiq dəyişikliklər aparmaq, mümkün olur;
müxtəlif elmlərin tədqiqat üsullarında əmələ gələn yeniliklər də müvafiq formaya salınaraq təlim prosesinə gətirilir;
tədris proqramı və dərslikdə təlim materialı elmin məntiqinə və ardıcıllığına uyğun tərtib olunur və sistemli öyrənilməsinə şərait yaradır;
bu prinsip günbəgün artan elmi nailiyyətlərin qarşılaşdırılması və təhlilinə imkan verir. (N.Kazımov)