Bilik mənbələrinə görə (N.M.Verzilin, E.Y.Qolant, E.İ.Petrovski isə belə qruplaşma edir: praktik, əyani, söz, kitabla iş, videometod
Müasir elmi-pedaqoji ədəbiyyatlarda təlimin üsulları bu şəkildə təsnif edilir: -Təlimin söz üsulları, -təlimin əyani üsulları, -təlimin praktik üsulları, - dərslik və kitab üzərində müstəqil iş, -yeni təlim metodları
2.Təlimin söz üsulları . Söz üsullarının funksiyaları:
motivləşdirmə funksiyası: yeni materialı mənimsəməyə psixoloji hazırlıq, müəyyən mövzunun öyrənilməsində şagirdlərin idrakı fəaliyyətinin təmin edilməsi, problem stiuasiya yaradılması;
məlumatvermə funksiyası: faktik materialın məzmununun şərhi, təbii mühitin, müəyyən obyektin təsvir edilməsi, hadisə və faktlar haqda məlumat, ətraf mühitin fakt və hadisələri arasında səbəb-nəticə əlaqələrinin aşkar edilməsi;
tərbiyəedici funksiya: təlim materialının öyrədilməsi zamanı müxtəlif tərbiyəvi məsələlərin həlli;
Dostları ilə paylaş: |