Pedaqogikanın ümumi əsasları Plan


Kitab üzərində işin növlərinə



Yüklə 176,29 Kb.
səhifə47/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   141
Kitab üzərində işin növlərinə aiddir: - dərsdə müəllimin rəhbərliyi ilə və evdə müstəqil surətdə. Kitab üzərində işləmə bacarıqlarına aiddir: sərbəst oxumaq və başa düşmək bacarığı, materalda öyrənilməsi əsas olanı tapmaq bacarığı, öyrənilmişlərin qeydiyyatını aparmaq bacarığı.

6.


Mövzu 5

Təlimin təşkilat formaları

Plan:

  1. Təlimin təşkilat formaları haqqında

  2. Dərs təlimin əsas təşkili forması kimi

  3. Ev tapşırıqları

  4. Ekskursiyalar

  5. Fakultativ məşgələlər

Ədəbiyyat:

1.Əliyev İ.İ. Pedaqogika (Mühazirələr kursu), Ali məktəblər üçün dərs vəsaiti. Naxçıvan, “Əcəmi” Nəşriyyat- Poliqrafiya Birliyi. 2017, 280 səh. s.124-130

2. Sadıqov F. Pedaqogika. Dərs vəsaiti. Bakı, Adiloğlu, 2012

3. Qasımova L., Mahmudova R. Pedaqogika: mühazirə kursu. Bakı, BDU-nun nəşri, 2003


1. Təlimin harada, şagirdlərin nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilat formalarını müəyyən edir. Təlimin təşkilat formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır. Təlimin növləri aşağıdakılardır:

- doğmatik təlim

- izahl-illustrativ –təlim

- problemli təlim

- proqramlaşdırlmış təlim


asılılıqlar dəyişməz qaydalar doğmalar kimi təqdim olunur, şagirdlər bu materialıolduğu kimi yadda saxlayıb təkrarlayırlar.

  • İzahlı- illustrativ təlim növü materialı əyaniliyin iştirakı ilə izah etməyə,

şagirdlərin öyrəndiklərini yadda saxlayaraq səhvsiz təkrar etməsinə əsaslanır

müstəqil şəkildə özləri qazanırlar.

  • Proqramlaşdırlmış təlim- əvvəlmədən planlaşdırılmış nəticəni əldə etmək üçün

ardıcıl əməliyyatlar sisteminin yerinə yetirilməsinə əsaslanır.

Tarixən təlimin təşkili müxtəlif formalarla həyata kecirilib:



  • fərdi təlim

  • fərdi-qruplarla təlim

  • qarşılıqlı təlim

  • qabiliyyətə görə diferensiallaşdırılmış təlim

  • sinif-dərs sistemi.

2. Sinif- dərs sistemi ən geniş yayılmış təlim formasıdır. Bu sistemin əsas xüsusuyyətləri bunlardır:

- eyni yaş dövrünə və hazırlıq səviyyəsinə aid şagirdlərin sabit tərkibi

- hər bir sinifdə təlimin illik plan əsasında aparılması

- təlim prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrin (dərslərin) ardıcıllıqla baş verməsi əsasında həyata keçirilir.

- hər bir dərs müəyyən fənnə aiddir.

- müəllimin aparıcı rolu

Şagirdlərin əmək və istirahətinin növbələşdirilməsi.

3.Keçirilmə yerindən, iştirakçıların tərkibi və keyfiyyət formalarından, vaxtından, materialın optimal şəkildə şagirdlərə çatdırılmasından və s. asılı olaraq konkret təlim məqsədinin daha səmərəli nəticələnməsinə imkan verən formaları “təlimin təşkilinin digər formaları” şərti adı altında qruplaşdırmaq olar. Bu formaları ayrı -ayrı müəlliflər müxtəlif cür təsnif edirlər. Məsələn, 1. Ekskursiyalar 2. Seminarlar. 3. Ev tapşırıqları. 4. Əlavə məşğələlər. 5. Məsləhətlər. (M.Muradxanov və b.)

Yaxud: 1. Tədris ekskursiyası. 2. Fakultativ məşğələ. 3. Praktikum. 4. Şagirdlərlə əlavə məşğələ. 5. Evdə şagirdlərin tədris işi. 6. Mühazirə. 7. Zaçot (məqbul). 8. İmtahan. (N.Kazımov, Ə.Həşimov)

Başqa bir təsnifat: 1. Ekskursiya. 2. Ev tapşırığı. 3. Fakültativ məşğələ. 4. Əlavə məşğələ. 5. Mühazirə. 6. Seminar məşğələləri. 7. Praktik məşğələ. 8. İmtahan. 9. Praktikum. 10. Məsləhət və s. (L.Qasımova, R. Mahmudova)

 Təlimin təşkili formalarını təsnif edərkən nəzərə alınmalıdır ki: - obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır; - eyni anlayış yalnız bir təsnifata daxil edilsin. Məsələn. “mühazirə”, “seminar”, “praktikum” anlayışalrı pedaqoji ədəbiyyatda eyni müvəffəqiyyətlə həm təlim üsulu, həm dərs tipi, həm də təlimin təşkilat forması kimi verilir. Yaxud “imtahan”, “zaçot” anlayışları təlimdə nəzarət üsulu kimi də verilir, təlimin təşkili forması kimi də və s.

Təlimin ən çox istifadə olunan təşkilat formaları bunlardır: - dərs; - ev tapşırıqları; - ekskursiyalar.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin