Təlim ekskursiyalarının əhəmiyyəti: - ekskursiyalar təlimdə əyanilik prinsipinin həyata keçirilməsi üçün imkan yaradan ən yaxşı formadır, - ekskursiyalar, xüsusilə də təbiət ekskursiyaları uşaqları , onların fərdi xüsusiyyətlərini ətraflı öyrənməyə imkan verir; - uşaqların hərtərəfli inkişafı və tərbiyəsində ekskursiyaların əhəmiyyəti böyükdür; - ekskursiyalar şagirdlərin idraki qüvvə və qabiliyyətlərini, diqqətini, qavrayışını, müşahidəçilik qabiliyyətini, təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirir. - ekskursiyalar şagirdlərin fiziki, əxlaqi, estetik tərbiyəsinə kömək edir.
Ekskursiyaya hazırlıq iki xətt üzrə aparılır: - müəllimin ekskursiyaya hazırlığı; - şagirdlərin ekskursiyaya hazırlanması.
Müəllimin ekskursiyaya hazırlaşması aşağıdakıları əhatə edir:
ekskursiyanın məqsədinin, öyrəniləcək materialın məzmununun və ekskursiyanın növünün müəyyən edilməsi; ekskursiya obyekti ilə əvvəlcədən müəllimin özünün tanışlığı; ekskursiyanın planının tərtibi.
Planda göstərilməlidir: ekskursiyanın mərhələləri; obyektin öyrənilməsi qaydası; uşaqlara veriləcək sual və tapşırıqlar; ekskursiyanın təchizatı; ekskursiya materiallarının harada və necə ümumiləşdiriləcəyi.
Dostları ilə paylaş: |