Pedaqogikanın ümumi əsasları Plan


Tərbiyə prosesinin xüsusiyyətləri



Yüklə 176,29 Kb.
səhifə66/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   141
Tərbiyə prosesinin xüsusiyyətləri. Pedaqoji prosesin əsas tərkib hissələrindən biri tərbiyədir. Tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin mənimsənilməsi və cəmiyyət tərəfindən qəbul edilmiş dəyərlər sistemi formalaşdırılması üçün böyüyən nəslə məqsədynlü təsir göstərmək prosesidir.

Tərbiyə prosesinin təlim prosesindən fərqləri

  • təlim prosesinin məntiqi və sistemi təhsilin qarşısında qoyulmuş məqsədlə müəyyən edilərək, onun məzmununda, təşkilat formalarında, üsul və vasitələrində öz əksini tapır. Tərbiyənin məntiqi isə özünün ümumi və xüsusi vəzifələri ilə müəyyən edilərək, prinsip və üsullarında əksini tapır;

  • təlimdən fərqli olaraq, tərbiyə uzun sürən bir prosesdir.

  • təlimdən fərqli olaraq tərbiyənin nəticələri gec məlum olur.

  • tərbiyənin bir xüsusiyyəti də özünütərbiyə və yenidən tərbiyədir.

  • tərbiyə prosesinin xüsusiyyətlərindən biri onun fasiləsizliyidir. Məktəbdə verilən tərbiyə sistematik, arasıkəsilməz xarakterli olmalıdır. Təkcə bir “çox yaxşı” tərbiyəvi tədbirlə şagirdlərin davranışını tam nizamlamaq olmaz;

  • tərbiyə prosesi kompleks xarakter daşıyır;

  • tərbiyə prosesi nəticələri etibarilə variantlı, qeyri-müəyyən xarakter daşıya bilər. Eyni şəraitdə tətbiq edilən tərbiyəvi işlər müxtəlif nəticələr verə bilər. Burada uşaqların fərdi xüsusiyyətləri, sosial təcrübələri, tərbiyəçilərin peşə hazırlığı, pedaqoji ustalığından çox şey asılıdır.

Tərbiyənin xüsusiyyətləri

  • tərbiyə ictimai hadisədir;

  • tərbiyə böyüyən nəsli həyati təcrübəyə təlabatından doğur, nəsillərin əvəzlənməsi ilə davam edir;

  • tərbiyə əbədi kateqoriyadır;

  • tərbiyə ümumi kateqoriyadır;

  • tərbiyə tarixi kateqoriyadır.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin