Tərbiyənin məzmunu dedikdə - qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq gənc nəsildə formalaşdırılmalı olan möhkəm davranış normalarının şəxsi keyfiyyət və xüsusiyyətlərin, baxış və əqidələrin, bilik, bacarıq və vərdişlərin sistemi başa düşülür.
Ölkəmizin müstəqillik və azadlığının bərpası, məktəbin demokratikləşmə və humanistləşmə kursunu əsas götürməsi, XX əsrin sonlarından davam edən müharibə şəraiti, “qaçqınlıq”, “məcburi köçkünlük” anlayışlarının pedaqoji lüğət fonduna daxil olması tərbiyə prosesinin məzmununda da surətli və radikal dəyişikliklər yaratmışdır.
Müasir tərbiyə prosesinin əsas ideyalarına aiddir: