indiyə qədər ki, tərbiyə prosesində böyüklərin və uşaqların, müəllimlərin və şagirdlərin fəaliyyət formaları və məqsədləri fərqli, bəzən bir-birinin tam əksi idi. Böyüklər, müəllimlər tərbiyə prosesini təşkil edir, ona rəhbərlik edir, onu idarə edir, nizamlayır və təshih edirdilər. Tərbiyə olunanlar isə yalnız onların göstərişlərini yerinə yetirməli, məhz o cür davranmalı idilər. Müasir tərbiyə prosesi isə müəllim və şagirdlərin hər ikisinin əsas sima-prosesin bərabərhüquqlu tərəfləri olması ideyasına əsaslanır.