3. Hörmət və tələbkarlıq prinsipi. Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür;
tərbiyə işində ayrı-seçkilik qoymadan hər kəsə əməlinə, davranışına görə qiymət vermək;
uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.
Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.
Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır.
tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu olduğu bir şey kimi başa düşsün;
tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır;