Pedaqogikanın ümumi əsasları Plan


P.2. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar



Yüklə 176,29 Kb.
səhifə93/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   141
P.2. Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar

Şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar dedikdə - davranış tələblərinin nədən ibarət olmasını izah etmək, onların zəruriliyinə uşağı inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələr başa düşülür.



  • Müasir elmi pedaqogikada şüurun və əqidənin formalaşmasının əhəmiyyəti nəzəri baxımından kifayət qədər izah edilsə də tərbiyə prosesində praktik olaraq bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də, adətən, tərbiyəvi təsir üçün stimullaşdırıcı üsullardan istifadəyə daha çox üstünlük verirlər. Halbuki, xüsusilə ibtidai siniflərdə cəzalandırmadan mümkün qədər az istifadə edilməlidir.

Yadda saxlanılmalıdır ki, rəğbətləndirmə və cəza, əksər hallarda, müəyyən əxlaqi hərəkətin, tərbiyəvi, tədbirin konkret bir hal üçün həyata keçirilməsindən ötrü tətbiq edilir. Hər hansı hərəkəti yalnız cəzalandırma, yaxud rəğbətləndirmə tədbirinin bilavasitə təsiri nəticəsində yerinə yetirən uşaq həmin hərəkət yerinə yetirməyə niyə icazə verilib-verilmədiyinin əsl mahiyyətini dərk etmədiyindən gələcəkdə oxşar situasiyada yenə ona nəzarət zəruri olur. Yəni uşaq hər dəfə rəğbətləndirmə və ya cəza gözləyir. Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur formalaşdıqda isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tərbiyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tələbə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır. Məhz bu halı sınaqlardan keçirən müdrik xalq pedaqogikasında tərbiyə üsulları içərisində aparıcı yer əxlaqi şüurun və əqidənin formalaşmasına verilir.

Xalqa görə əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar bunlardır:



  • öyüd-nəsihət; izahetmə - başasalma; məsləhət; tövsiyyə; vəsiyyət; göstəriş;

dilətutma və s.

P. 2/ Şüurun və əqidənin formalaşması üsullarının formaları bunlardır:

- əxlaqi mövzularda, -fərdi söhbətlər, - əxlaqi mövzularda,- öyüd-nəsihət, -söhbətlər -müsahibələr




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin